Fevral ayının 14-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Birinci Xanım Mehriban Əliyeva və qızları Leyla
Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl
rayonlarına səfər etdilər.
Ölkə başçısı əvvəlcə Horadiz-Ağbənd dəmir
yolu xəttinin təməlini qoymaq üçün Füzuli rayonuna gəldi.
Sonra Prezidenti İlham Əliyev və ailə
üzvləri Zəngilan rayonunun Üçüncü Ağalı
kəndində oldular. Yol boyu ölkə başçısı
avtomobili özü idarə edərək, mənfur düşmənlərin Zəngilanı necə məhv etdikləri,
burada ancaq onların hərbi hissəsinin, polis bölməsinin yerləşməsi və xaricdən
gələn ermənilərin qanunsuz yaşaması haqqında söhbət etdi. Prezident bildirdi
ki, Zəngilan rayonunda birinci “Ağıllı kənd” layihəsi həyata keçiriləcək.
Daha sonra dövlətimizin Başçısı,
Birinci Xanım və qızları birlikdə Laçın rayonunda oldular. Prezident Həkəri
çayını göstərərək bildirdi ki, belə gözəl çaylarımız da düşmən tərəfindən
istismar olunmuşdu. Ancaq biz buna son qoyduq, düşməni torpaqlarımızdan rədd
etdik.
Sonra Laçın rayonunun Güləbird kəndinə
gəldilər. Dövlət başçısı Güləbird kəndində Azərbaycan bayrağını qaldırdı və
çıxış etdi. Qeyd etdi ki, bu gün Güləbird Su Elektrik stansiyasının
açılışıdır. Laçın rayonunun azad
olunmasından iki ay keçməmiş, 8 meqavatlıq generasiya gücünə malik Su Elektrik
Stansiyasının istifadəyə verilməsi bizim üçün qürurverici bir işdir. Həkəri
çayından hər zaman səmərəli istifadə edəcəyik. Laçın və Kəlbəcər rayonlarında
düşmənlər tərəfindən dağıdılmış bütün elektrik stansiyalarını bərpa edəcəyik. Laçın
rayonunda 5, Kəlbəcər rayonunda isə 12 su elektrik stansiyası dağıdılıb.
Zəngilan rayonunda birinci pilot
“Ağıllı kənd” layihəsi də bərpa olunan enerji ilə təchiz ediləcəkdir.
Ölkə başçısı çıxışı zamanı qeyd etdi ki, bizim bərpa
işləri üçün böyük planlarımız var. Çalışırıq ki, minalardan təmizləmə işləri
tez bir zamanda başa çatsın, dəymiş ziyanın qiymətləndirilməsi aparılsın və
infrastruktur layihələrinə start verilsin. Sonra onlar düşmən tərəfindən
ekoloji terrora məruz qalmış, Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət
Qoruğunun ərazisinə gəldilər. Prezidenti İlham Əliyev, Birinci Xanım Mehriban
Əliyeva və qızları Leyla Əliyeva Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar
ağacları əkdilər və Bəsitçaya balıq
buraxdılar.
Sonra isə Cəbrayıl rayonunun Soltanlı kəndinə yola
düşdülər. Soltanlı kəndində Prezidentə işğaldan azad olunmuş torpaqlarda əkin
işləri ilə bağlı məlumat verildi. Bildirildi ki, əkin sahələrində monitorinq
işləri davam etdirilir. Tezliklə bütün işğaldan azad olunmuş ərazilərimiz əvvəlki
gözəl günlərinə geri dönəcək.
Vəsilə
Quliyeva,
Xocalı
rayon Kosalar kənd tam orta məktəbin psixoloqu